Fövqəltəbii
Sezon 4 / Hissə 16

Fövqəltəbii
Sezon 4 / Hissə 15

Fövqəltəbii
Sezon 4 / Hissə 14

Fövqəltəbii
Sezon 4 / Hissə 13

  • “Film Fiction” jurnalı - Aprel, 2012

“Film Fiction” jurnalı - Aprel, 2012 Fikirlər: 1

Salam hörmətli oxucular. Aprel ayı sayımızı artıq oxuyursuz. Düzdür ay başa çatır və jurnalın gecikməsi səbəbləri var idi. Belə ki, "Film Fiction" olaraq kinomanlar üçün çox zövqlü layihə üzərində çalışırıq. Bu say həmişəki kimi çox maraqlı olacaq və bir faktı da qeyd edək ki, məşhur kino adamlarının bir çoxu məhz apreldə doğulublar və biz də ənənəmizə xilaf çıxmadan jurnalı kino fədailərindən birinə həsr edirik. Bu sayımız Azərbaycan kinosunun kraliçası Nəsibə Zeynalovaya həsr olunur.
  • “Film Fiction” jurnalı - Mart, 2012

“Film Fiction” jurnalı - Mart, 2012 Fikirlər: 1

Budur jurnalın sayca 7-ci sayı ixtiyarınızdadır. İlk öncə xalqımızı Novruz bayramı münasibəti ilə ürəkdən təbrik edir, süfərələrdə ruzi bərəkətin bol olmasını diləyirik. "Film Ficton" kollektivi olaraq çalışmışıq ki, bu say da digər saylar kimi rəngarəng və maraqlı məlumatlarla zəngin olsun. Jurnalın mart buraxılışı Azərbaycan kinosunun iki böyük aktyoru Bəşir Səfəroğlu və Lütfəli Abdullayevə həsr olunur.

  • Oskar 2012

Oskar 2012 Fikirlər: 5

84-cü Oskar mərasimində mükafatlar öz sahiblərini tapdı. 26 fevral, Billi Kristalın aparıcılığı ilə ənənəvi olaraq, Kodak teatrında gerçəkləşən mərasimdə 24 kateqoriyada qaliblər açıqlandı.


Diktator

Əlavə olunma tarixi: Dünən, 12:15 Baxış: 188 | Fikirlər: 1

Film öz ölkəsində demokratiyanı əldən verməmək üçün, öz həyatıyla risk edən bir diktatorun qəhrəmanlığından bəhs edir...

  • Filmin adı: Diktator / Диктатор / The Dictator
  • Çıxış ili: 2012
  • Janr: Komediya, Ən son əlavə edilən filmlər, 2012
  • Rejissor: Larri Çarlz
  • Rollarda: Saşa Baron Kohen, Anna Feris, Ben Kinqsli, Said Badriya, Mişel Berq, Roki Sitron, Aasif Mandvi, Rizvan Manji, Rik Çembers və başqaları...
  • Vaxt: 1 saat 13 dəqiqə
  • Tərcümə: Rusca
  • Keyfiyyət: CAM-Rip

İllüzionist

Əlavə olunma tarixi: 18 May 2012 Baxış: 127 | Fikirlər: 0

Eyzenham, aristokrat bir ailənin qızı Sofiayaya aşıiqdir. Lakin özünün dülgər ailəsindən olması, ətrafdaklar tərəfindən bu sevginin xoş qarşılanmamasına onu narahat edir. Sevgisini yaşamasına qadağa qoyan Eyzenham, ölkəni tərk edir və dünyanı gəzməyə qərar verir.

15 il sonra tanınmış bir illüzionist olaraq ölkəsinə qayıtdığında, köhnə sevgisi Sofiyanın Avstriya - Macarıstan vəliəhd şahzadəsi Leopold ilə nişanlanacağını öyrənir. Amma illər sonra təkrar qarşılaşan köhnə sevgililər, bir - birilərinə qarşı laqeyd qala bilmirlər və köhnə hissləri yenidən alovlanmağa başlayır. Bu vəziyyəti hiss edən Şahzadə Leopold ilə Eyzenham arasında artıq ciddi bir mübarizə başlayacaqdır.

  • Filmin adı: İllüzionist / Иллюзионист / The Illusionist
  • Çıxış ili: 2006
  • Janr: Dram, Melodrama, Detektiv, Triller, Ən son əlavə edilən filmlər
  • Rejissor: Nil Byorqer
  • Rollarda: Edvard Norton, Pol Camatti, Cessika Bil, Rufus Syuell, Eddi Marsan, Ceyk Vud, Tom Fişer, Aaron Conson, Elinor Tomlinson, Karl Conson və başqaları...
  • Vaxt: 1 saat 49 dəqiqə
  • Tərcümə: Rusca
  • Keyfiyyət: HD-720

Canavar dərəsi

Əlavə olunma tarixi: 18 May 2012 Baxış: 192 | Fikirlər: 0

Liz, Kristi və Ben çantalarını götürüb Avstraliyaya səyahətə çıxan 3 çılğın gəncdir. Planları bol bol əylənmək və yeni yerlər kəşf etməkdir. " Canavar Dərəsi " Milli Parkna gəldiklərində qarşılarında uzanan geniş əraziyə baxdıqlarında gəncliklərinin bütün həyəcanının, dostluqlarının və sevgilərinin gözəl xəyallarına dalırlar. Lakin başlarına gələcək dəhşətdən xəbərsizdilər...

Maşınlarının xarab olması ilə çarəsiz qalan gənclər yoldan keçən birindən kömək istəmək üçün gözləyirlər. Gecənin qaranlığında gözlərini qamaşdıran işıq Mik Teylor adlı əsrarəngiz adamın maşınının işığından başqa bir şey deyil. Özlərinə kömək edəcəyini söyləyən bu adama inanıb səhərin ilk işıqları ilə yollarına davam etmək üçün yatırlar. Amma gənclər Mikin həqiqi üzünü göstərməsi ilə sonunda dəhşət olan bir yola doğru gedəcəklərdi.

  • Filmin adı: Canavar dərəsi / Волчья яма / Wolf Creek
  • Çıxış ili: 2005
  • Janr: Triller, Qorxu, Ən son əlavə edilən filmlər
  • Rejissor: Qreq MakLin
  • Rollarda: Con Cerret, Kassandra Maqrat, Kesti Morassi, Natan Fillips, Qordon Pul, Qay O'Donnell, Fil Stivenson, Coff Revell, Endi MakFi, Aaron Sterns və başqaları...
  • Vaxt: 1 saat 39 dəqiqə
  • Tərcümə: Rusca
  • Keyfiyyət: HD-720

Xəbərçilər

Əlavə olunma tarixi: 17 May 2012 Baxış: 212 | Fikirlər: 4

Şəhər həyatından sıxılan Denis və Roy, uşaqları və yanındakı xidmətçiləri ilə Şimali Dakotadakı bir fermaya köçürlər. Lakin olduqca sakit olan bu fermada çox qəribə hadisələr baş verir. Denis və Royun uşaqları, Ces və 3 yaşndakı Ben, bu köhnə evdə özlərindən başqa yaşayan qəribə canlıların olduğunu hiss edirlər. Bu vəziyyəti ana - atasına danışıb, onları xəbərdar etməyə çalışan Ces, heç bir şəkildə onları inandıra bilməyəcəkdir.

  • Filmin adı: Xəbərçilər / Посланники / The Messengers
  • Çıxış ili: 2007
  • Janr: Dram, Triller, Qorxu, Ən son əlavə edilən filmlər
  • Rejissor: Oksid Pan, Denni Pan
  • Rollarda: Kristen Styuart, Dilan MakDermott, Penelopa Enn Miller, Con Korbett, İven Terner, Teodor Terner, Uilyam B. Devis, Brent Brisko, Dastin Milliqan, Codell Ferland və başqaları...
  • Vaxt: 1 saat 30 dəqiqə
  • Tərcümə: Rusca
  • Keyfiyyət: HD-720

Göl evi

Əlavə olunma tarixi: 16 May 2012 Baxış: 96 | Fikirlər: 0

Həyatında dəyişiklik etmək vaxtının gəldiyini düşünən Dr. Keyt Forster yerli xəstəxanada stajını tamamlayıb Çikaqodakı xəstəxanaların birində işləməyə yollanır. Geridə buraxdıqlarından yalnız kirayə tutduğu göl evinə görə heyfslənir. Keyt şəhərə doğru yola çıxmazdan əvvəl poçt qutusuna bir məktub buraxır. Burada özünə gələcək məktublara görə yeni ünvanını və evin gələcək sakini üçün isə bir neçə məlumat yazır. Aleks - yaxınlıqdakı tikintidə işləyən, bacarıqlı və ümidləri puç olmuş memar göl evinin növbəti sakinidir. Bu ev onun vaxtilə məşhur memar olan atasının əziyyəti bahasına tikilmişdir. Aleks üçün buranın xüsusi bir mənası var və yalnız burada rahatlıq hiss edir. Lakin, nə Aleks, nə də ki, Keyt qarşıda onları çox sirrli bir məqamın gözlədiyindən xəbərsiz idilər.. Nəhayət onlar poçt vasitəsilə bir müddət məktublaşdıqdan sonra eyni gündə, fərqli illərdə yaşadıqlarını dərk etmiş olurlar. Tarix Aleks üçün 2004, Keyt üçün isə 2006-dır. Beləliklə də, zamanın yaratdığı bu inanılmaz sirr onların bir-birilərinə daha da yaxınlaşmaq istəyini artıracaq. Və ola bilsin ki, yaxınlaşma cəhdlləri onları ömürlük bir-birilərindən ayırsın...
  • Filmin adı: Göl evi / Дом у озера / The Lake House
  • Çıxış ili: 2006
  • Janr: Dram, Melodrama, Fentezi, Ən son əlavə edilən filmlər
  • Rejissor: Alehandro Aqresti
  • Rollarda: Kianu Rivz, Sandra Bullok, Kristofer Plammer, Ebon Moss-Bakrak, Villeke van Ammelroy, Dilan Uolş, Şohre Aqdaşlu, Linn Kollinz, Mayk Bakarella, Kevin Brennan və başqaları...
  • Vaxt: 1 saat 38 dəq.
  • Tərcümə: Rusca
  • Keyfiyyət: HD-720

Deməli, müharibə

Əlavə olunma tarixi: 16 May 2012 Baxış: 1312 | Fikirlər: 9

Onlar nəinki Mərkəzi Kəşfiyyatın ən yaxşı agentləridir, həm də ən yaxın dostlardır. FDR Foster və Tak Henson - onlar yenə birlikdə iş üçün göndərilmişdilər. Lakin, bu dəfə bir-birilərindən xəbərsiz eyni qadınla görüşməkləri onları gülünc rəqiblərə çevirəcək.
  • Filmin adı: Deməli, müharibə / Значит, война / This Means War
  • Çıxış ili: 2012
  • Janr: Melodrama, Komediya, Döyüş, Ən son əlavə edilən filmlər, 2012
  • Rejissor: MakCi
  • Rollarda: Riz Uizerspun, Tom Hardi, Kris Payn, Til Şvayger, Çelsi Hendler, Con Pol Ruttan, Ebiqeyl Spenser, Anhela Basset, Rozmari Harris, Corc Tuliatos, Klint Karlton, Uorren Kristi, Lila Savasta, Lora Vandervurt və başqaları...
  • Vaxt: 1 saat 37 dəqiqə
  • Tərcümə: Rusca
  • Keyfiyyət: HD-720

Xronika

Əlavə olunma tarixi: 16 May 2012 Baxış: 3222 | Fikirlər: 9

Eyni yerdə təhsil alan 3 sıx dost ağlasığmaz bir yeri kəşf etdikdən sonra fövqəltəbii güclərə sahib olurlar. Onlar sadəcə düşüncələriylə ətrafdakı canlı-cansız hər şeyi istədikləri kimi hərəkət etdirə bilirlər. Lakin, əvvəllər sırf əyləncə üçün istifadə etdiyi bu gücləri çox keçməyəcək ki, insanların həyatı üçün qaranlıq və zərərverici qüvvə kimi istifadə olunacaq.
  • Filmin adı: Xronika / Хроника / Chronicle
  • Çıxış ili: 2012
  • Janr: Dram, Döyüş, Triller, Fantastika, Ən son əlavə edilən filmlər, 2012
  • Rejissor: Coşua Trenk
  • Rollarda: Deyn DeHaan, Aleks Rassell, Maykl B. Cordan, Maykl Kelli, Eşli Hinşoy, Bo Petersen, Anna Vud, Rudi Malkolm, Lyuk Tayler, Edrian Kollinz və başqaları...
  • Vaxt: 1 saat 24 dəqiqə
  • Tərcümə: Rusca
  • Keyfiyyət: HD-720

Apokalipsis

Əlavə olunma tarixi: 16 May 2012 Baxış: 231 | Fikirlər: 1

Tarixdəki bütün böyük imperatorluqların qaça bilmədikləri sondan özlərini xilas edə bilməyən böyük Maya imperatorluğu, keçirdiyi ehtişamlı dövrlərin ardından qarşısı alınmaz süqut içərisindədir. Süqutun gətirdiyi çarəsizlik duyğusu ilə daha da zalımlaşan idarəçilərin zülmü altında əzilən insanlar. Onlar bu zülm qarşısında ya boyun əyəcək ya da üsyan edəcəklər.

  • Filmin adı: Apokalipsis / Апокалипсис / Apocalypto
  • Çıxış ili: 2006
  • Janr: Dram, Macəra, Döyüş, Ən son əlavə edilən filmlər
  • Rejissor: Mel Gibson
  • Rollarda: Rudi Yanblad, Daliya Ernandez, Conatan Bryuer, Morris Berdyellouhed, Karlos Emilio Baez, Ramirez Amilkar, İzrael Kontreras, İzrael Rios, Mariya İzabel Diaz, Espiridion Akosta Keş və başqaları...
  • Vaxt: 2 saat 18 dəqiqə
  • Tərcümə: Rusca
  • Keyfiyyət: HD-720

Dəli köynəyi

Əlavə olunma tarixi: 15 May 2012 Baxış: 119 | Fikirlər: 0

Fars körfəzi müharibəsi veteranı Cek Starks başından aldığı yaradan sonra yaddaş itkisi problemi ilə yaşayır. Bu problemin ortadan qalxmasına kömək edəcək, ona keçmişi xatırladacaq dost və qohumları da yoxdur. O, son çarə olaraq Vermont ştatına, öz doğulduğu yerə qayıtmaq qərarına gəlir. Yolda avtomobili xarab olmuş bir qadın və onun kiçik qızına kömək edir. Özü isə daha sonra gələn bir adamın avtomobilinə minir. Lakin, yolda polislər tərəfindən saxlanılır və gözünü açdıqda bir xəstəxanada saxlanıldığını görür. Cek Starks polisi öldürməkdə günahlandırılır, amma bu haqda kiçik bir an belə xatırlamır. Onun beyninin dərinliklərində, yalnız bir qızla olan günlərindən kadrlar gizlənir. Bir tərəfdən həkimi Dr. Bekerin qəribə üsulları və dəli edən dərmanları, digər tərəfdən qanun qarşısında günahkarlıq və ən əsası, bir neçə gün içində öləcəyi haqda məlumat. Cekin çıxış yolu sadəcə xəyalında gördüyü o qızdır. Hadisələr və yaddaşın küncündə çətinə salan görüntülər getdikcə daha da qəlizləşir. O, həqiqətlə xəyalı ayırd etməlidir. Cek Starks öləcək, yoxsa artıq ölüb?
  • Filmin adı: Dəli köynəyi / Пиджак / The Jacket
  • Çıxış ili: 2004
  • Janr: Dram, Detektiv, Triller, Fantastika, Ən son əlavə edilən filmlər
  • Rejissor: Con Meyberi
  • Rollarda: Edrien Brodi, Kira Naytli, Kris Kristofferson, Cennifer Ceyson Li, Kelli Linç, Bred Renfro, Deniel Kreyq, Stiven Makintoş, Brendan Koyl, MakKenzi Fillip və başqaları...
  • Vaxt: 1 saat 43 dəqiqə
  • Tərcümə: Rusca
  • Keyfiyyət: HD-720

İtkin Balıq Nemo

Əlavə olunma tarixi: 15 May 2012 Baxış: 86 | Fikirlər: 1

Merlin - okeanın dərinliklərində, böyük rif dərələri arasında yaşayan bir kloun balıqdır. Və o, burda öz yeganə oğlunu (Nemonu) böyüdür. Merlin öz oğluna çox bağlıdır və onu hər bir təhlükədən uzaq tutmaq istəyir. Lakin Nemo digər sakit balıqlar kimi sadə həyat tərzi keçirtmək istəmir. O, öz yaşadığı okeanın hər bir ucqar nöqtəsindən xəbər tutmaq, yeni macəralar axtarmaq niyyətindədir. Belə macəraların birində Nemo itkin düşür. Merlin isə öz oğlunu tapmaq üçün bütün okeanı belə keçməyə hazırdır.
  • Filmin adı: İtkin Balıq Nemo / В поисках Немо / Finding Nemo
  • Çıxış ili: 2003
  • Janr: Komediya, Macəra, Cizgi Film, Ailəvi, Ən son əlavə edilən filmlər
  • Rejissor: Endryu Stenton, Li Ankriç
  • Rollarda: Albert Bruks, Ellen DeCeneres, Aleksandr Quld, Uillem Defo, Bred Qerret, Ellison Cenni, Ostin Pendlton, Stiven Rut, Vikki Lyuis, Co Renft və başqaları...
  • Vaxt: 1 saat 40 dəqiqə
  • Tərcümə: Rusca
  • Keyfiyyət: HD-720

Geri 1 2 3 4 5 6 7 8 9 10 32 İrəli
Cinem.az FACEBOOKda
Sayğac


ILK-10 Azeri Website Directory